“Ən istedadlı futbolçunu aldıq, amma oynatmırıq” - Arda böhrana səbəb oldu

Arda Gülerin az oyun fürsəti əldə etməsi “Real Madrid”də böhrana səbəb olub.

Metbuat.az xəbər verir ki, “Real”ın heyətində transfer işlərinə cavabdeh olan Juni Kalafat prezident Florentino Pereslə təkbətək görüşüb. Tərəflər Arda ilə bağlı danışıqlar aparıb. Juni Kalafat şəxsən Karlo Ançelottidən klub prezidenti Florentino Peresə şikayət edib. O Arda Gülerin az oynamasına etiraz edib. "Biz nəslinin ən istedadlı transferini həyata keçirdik. Lakin, ondan istifadə etmirik" - “Real Madrid”in skaut komandasının rəhbəri Juni Kalafat Peresə deyib. Ardaya tam güvənən ispan müşahidəçi böyük keyfiyyətlərə malik olan Arda Gülerin az oynamasına etiraz edib.

Qeyd edək ki, Karlo Ançelotti “El Clasico”dan sonra verdiyi açıqlamada "Artıq hər şeyi sakit şəkildə qiymətləndirəcəyik. Arda Gülər artıq istədiyi dəqiqələrə sahib olacaq" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR