Hacı Şahinin Yutub kanalı bərpa edildi

Bir müddət əvvəl mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin oğurlanan kanalı bərpa edilib.

Metbuat.az xəbər verir ki, bu barədə kanalı bərpa edən “Mikpro” - rəqəmsal yayım şirkətinin əməkdaşları məlumat verib.

““Ripple” adlı kriptovalyuta ilə məşğul olan cinayətkarlar Hacı Şahinlə bərabər dünya üzərində də bir çox böyük yutub kanalını ələ keçirib. O kanalların bəziləri hələ də onların əllərində olsa da, Hacı Şahin Həsənlinin kanalı öz sahiblərinə qaytarılıb, bütün məzmunlar bərpa edilib”, - deyə, məlumatda bildirilib.

Qeyd edək ki, türkiyəli bloqer Ruhi Çenetin də milyonlarla abunəçisi olan kanalı onlar tərəfindən oğurlanmışdı. Kanal qaytarılsa da, içindəki videolar hələ ki, bərpa olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR