"O getdi, mən də daha yoxam" - Məşhur sənətçi səhnədən getdi

“Cavanşirsiz səhnəni tərk edirəm”.

Metbuat.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.

“Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! - deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. - Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər... Əlvida, səhnə!”

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR