Həbsdə olan Vüqar Kərəmov azadlığa buraxıldı

İctimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilən Vüqar Kərəmov azadlığa buraxılıb.

Metbuat.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində qəbul edib.

V.Kərəmov haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən idmançıların həbs müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər. Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR