Helikopterlər toqquşdu, 10 nəfər öldü - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində helikopter qəzası baş verib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı iki helikopter toqquşub. Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatına görə, hər iki hava gəmisində olan 10 ekipaj üzvü həyatını itirib.

Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

Həmin görüntünü təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR