“İnter” tarixində 20-ci dəfə çempion oldu

İtaliya A Seriyasında 33-cü turun son 2 oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Derbi della Madonnina” adlanan Milan derbisi baş tutub.

“Milan” ev sahibliyi etdiyi oyunda “İnter” qələbə qazanıb. Əldə olunan 3 xal Simone İnzaginin yetirmələrinə İtaliya çempionu titulunu təmin etmək imkanı verib. 86 xal toplayan “göy-qaralar” ən yaxın izləyicisi “Milan”ı 17 xal qabaqlayıblar.

“İnter” tarixində 20-ci dəfə A Seriyasının qalibi olub.

Çempionlar Liqasına vəsiqə uğrunda yarışan “Roma” ilə “Bolonya”nın qarşılaşmasında qonaqlar qalib gəliblər. 4-cü pillədə qərarlaşan Tyaqo Mottanın yetirmələri xalını 62-yə yüksəldiblər. "Bolonya" 5-ci yerdə qərarlaşan "Roma"nı 7 xal qabaqlayır.

İtaliya A Seriyası, 33-cü tur:

“Roma” – “Bolonya” – 1:3

“Milan” – “İnter” – 1:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR