""Real"-"Barselona" oyunu təkrar keçirilə bilər" - VAR səhv edib?

“Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.

Metbuat.az xəbər verir ki, bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.

“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, – Laporta bildirib.

Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR