Tovuzda gənc oğlan 12 yaş böyük sevgilisini yandırdı

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, hadisə nəticəsində T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakıda Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR