Mbappe yekun qərarını Peresə bildirdi

PSJ-nin hücumçusu Kilian Mbappe transferi ilə bağlı yekun qərarını verib.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat verib. Onun sözlərinə görə, Mbappe mövsümün sonunda PSJ-ni tərk etməyə qərar verib. Futbolçu bu barədə kluba məlumat verib.

Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqavilə imzaladığı barədə xəbərlər dərc edilmişdi. İddialara görə, Kilian Mbappe “Real”la 2029-cu ilə qədər müqavilə imzalayıb. Məlumata görə, artıq "Real Madrid"in prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottiyə Mbappenin yeni mövsümdən heyətdə olacağını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR