Azərbaycanda da satılan məşhur brendin adı belə yaranıbmış

"Bu gün Azərbaycanda “Dayanma, snikerslə” ifadəsi çox işlənən və hamıya məlum bir cümləyə çevrilmişdir. TV və mediada bu ifadəni tez tez eşidirik. Bu şokoladın adının "Snickers" olması, onu istehsal edən Mars ailəsinin sahib olduğu sevimli atlarının birindən götürülüb deyə izah edir şirkət".

Metbuat.az bildirir ki, bu barədə tarixçi Zaur Əliyev yazıb. Onun sözlərinə görə, XV-XVII əsrlərdə Niderland və Britaniyada insanların ağlını alan şokoladın ilkin formasında şirniyyatlar istehsal edilirdi və ondan mütamadi olaraq istifadə edənlər aqressiya hissləri yaşayırdılar, tez tez qarşı tərəflərlə sözləri çəp gəlirdi:

"Mübahisənin həlli yolu isə "Snikerslə" adlı duel ilə nəticələnirdi ki, iki tərəf də kiçik xəncərlə silahlanaraq ölümünə döyüşürdülər. Bu dueli izləyənlər isə kənardan "dayanma snikerslə" , yəni "dayanma öldür onu" deyirdilər. Döyüşə baxıb qan və ölümdən həzz alanlar şokolada bənzər şirniyyatlar istifadə edirdilər. Sözün kökündə hollandca steken of snijden durur. Mənası "doğra və kəs" deməkdir.

Filmlərdə gördüyümüz dəniz quldurlarının üzlərində olan dərin kəsiklər məhz bu duelin nəticəsində yaranmış idi. Hətta o zaman kimsə kimsənin arxasınca danışanda ona "Dayan, səni snikersləmə gözləyir " ifadəsi məhşur idi".

Tarixçi bildirir ki, Böyük Britaniya və İrlandiya ərazisində batonlar 1990-cı ilə qədər Marathon adı ilə satılırdı:

"Əlbəttə, düşünəcəksiniz ki, şokoladdır da. Adi reklamdır. Bəlkə də haqlısınız. Şokolad az istifadə ediləndə xeyri çoxdur. Bir şərtlə ki, tərkibi təmiz kakao ilə hazırlansın. Ancaq hazırda dünya bazarında ucuz və əlçatan şokoladların hazırlanmasında kakao yağı əvəzinə bitki yağları, palma, soya, pambıq yağından istifadə edilir ki,buna da "yalançı şokolad" deyilir və onun həddindən çox qəbul edilməsi, məsələn, gündə iki plitka şokolad depressiyanı sürətləndirir və insan beyninin pozulmasına gətirib çıxarır. Normadan artıq yeyildikdə beyni uyuşdurur, hüceyrələrin fəaliyyət sürətini azaldır. Buna görə də insanlar arasında bir birlərinə aqressiya yaradır. Nəticədə indi duel olmasa da, bir birlərini öldürmək hissləri yaradır".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR