"Turan Tovuz" "Sumqayıt"a qarşı - Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Metbuat.az xəbər verir ki, günün yeganə matçı Tovuzda keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR