Bu rayonda elektrik enerjisinin verilişi dayandırıldı

Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR