Üçüncü Dünya müharibəsi başlayıb? - General açıqladı

Son günlərdə siyasi analitiklər İran-İsrail müharibəsi fonunda baş verənlərin Üçüncü Dünya müharibəsinin başlanmasına işarə olduğu barədə müxtəlif fikirlər səsləndirirlər.

Bu barədə Metbuat.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib ki, Üçüncü Dünya müharibəsi çoxdan başlayıb:

“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Bizim Birinci və İkinci Dünya müharibəsindən sonra təcrübələrimiz kifayət qədərdir. Tarixə nəzərən deyə bilərəm ki, davam edən Üçüncü Dünya müharibəsi digər Bir və İkinci müharibənin başlaması ilə eyni deyil. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Yaxın Şərqdə baş verənlərə nəzər salsaq deyə bilərik ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb, davam etməkdədir.

İran tarixində ilk dəfə olaraq 13 apreldə İsraili birbaşa hədəfə alan hücum etdi. Bundan əvvəl İran,Yəmən, Suriya, Livan və ya Fələstin də öz ünsürləri ilə bu işləri görsə də, bu dəfə fərqli addım atdı. Düzdür, yeni bir mərhələ kimi şərh edilsə də, uzun müddət qarşılıqlı şəkildə davam edəcək proses deyil. Düşünürəm ki, 2024-cü il noyabrın 4-də ABŞ-də keçiriləcək seçkilərə qədər tərəflər arasında gərginlik davam edə bilər. Hazırda ABŞ-də daxili vəziyyət baxımından seçkinin nəticəsi ilə bağlı bir şeylər səsləndirmək mümkün deyil. Vaşinqton da qlobal siyasətdə tarazlığı pozacaq addım atılmasını istəmir. Düşünürəm ki, İranla İsrail arasında əsas məsələ cari ilin noyabrın 4-ündən sonra daha da kəskinləşə bilər”.

General qeyd edib ki, yaxın günlərdə İsrail Fələstin kontekstində Təl-Əvivə yaxın olan Livan, Suriya və İraqda İran ünsürlərinə qarşı fəaliyyətlər həyata keçirilə bilər:

Üçüncü Dünya müharibəsinə yeni bir cəbhə Balkanlarda - Moldovada açıla bilər. Hadisələrin qığılcımı isə Qafqazda da başlaya bilər. Çünki Qərb Qafqazda Ermənistanı sülhdən uzaqlaşdırmaq və orada bir element kimi istifadə etmək qərarına gəlib. Tam əminliklə deyə bilərik ki, hazırda Üçüncü Dünya müharibəsini yaşayırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR