Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu özünün sosial media hesabında məlumat yayıb. Aktyor 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, aktyor 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. O, Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR