Bu mesajlar "WhatsApp"​da görünəcək - YENİ ÖZƏLLİK

Hazırda dünyada ən çox istifadə edilən mesajlaşma proqramı olan "WhatsApp" "çarpaz mesajlaşma" funksiyasını təqdim etməyə hazırlaşır.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu özəllik sayəsində digər mesajlaşma proqramları olan "Signal", "Telegram" proqramları arasında əlaqə qurulacaq, bu proqramlardan gələn mesajları da "WhatsApp"da qəbul etmək mümkün olacaq.

"WhatsApp" rəsmilərindən olan Dik Brouer proqramlar arasında mesajlaşmanın necə inteqrasiya ediləcəyi ilə bağlı bəzi detalları açıqlayıb. O qeyd edib ki, funksiyanın aktivləşməsi istifadəçinin öz seçimindən asılı olacaq.

Eyni zamanda bildirilir ki, mesajların inteqrasiyasının mümkün olması üçün digər mesajlaşma proqramları "Meta"nın şərtlərini qəbul etməli olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR