“TikTok”dan videolarla bağlı gözlənilməz yenilik

"TikTok"da yüklənən videoların müddətini artıracaq.

Metbuat.az xəbər verir ki, “TikTok” İngiltərədəki istifadəçilər üçün maksimum 10 dəqiqəlik video yükləmə müddətini 30 dəqiqəyə qədər artıracaq.

Qeyd edək ki, qısa videoları ilə populyarlıq qazanan “TikTok” ilkin olaraq maksimum video müddəti 15 saniyə idi. Bu müddət sonradan 1 dəqiqə, 3 dəqiqə və daha sonra 10 dəqiqəyə qədər artırıldı. Daha sonra yeniləmə bir daha edildi və müəyyən regionlarda 15 dəqiqəyə artırıldı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR