Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

Yanvarın 11-də Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR