​Laçında “Araz” supermarket fəaliyyətə başladı

"Siz harada, “Araz” orada sloqanı" ilə fəaliyyət göstərən supermarketlər şəbəkəsi artıq Laçın şəhərində də xidmətə başlayıb.

“Araz” supermarketlər şəbəkəsi işğaldan azad olunan ərazilərdə yaşayan əhalini gündəlik istehlak məhsulları ilə təmin etmək məqsədi ilə Qarabağda daha bir mağazasını açıb.

Laçın şəhərində fəaliyyətə başlayan mağazada yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim edilir.

Qeyd edək ki, bu, “Araz”ın Qarabağda açılan sayca ikinci filialıdır. Supermarketlər şəbəkəsinin Qarabağda ilk filialı 2021-ci ildə Şuşa şəhərində fəaliyyətə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR