Hindistan Ermənistanın etibarlı silah tədarükçüsünə çevrilib - KİV

Hindistan Ermənistana daha çox silah göndərməyi düşünür.

Metbuat.az xəbər verir ki, bu barədə "The Economic Times" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Hindistan keçən il silahların ilk partiyasının uğurlu çatdırılmasından sonra Ermənistana yeni hərbi texnika partiyasının tədarük imkanını nəzərdən keçirir:

"Məlumatlı mənbələrə görə, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi Dehlidə olub və bununla bağlı danışıqlar aparıb. Yeni yüklərin təfərrüatları hələlik məlum deyil, lakin Ermənistandakı müşahidəçilər yükün Azərbaycanla münaqişə vəziyyətində qarşısının alınmasına kömək edəcək avadanlıqların ola biləcəyini deyirlər".

Nəşr qeyd edib ki, artıq Hindistan Ermənistanın tələblərinə uyğun olaraq etibarlı silah tədarükçüsünə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR