Ermənistanda ağır qəza - 11 nəfər öldü

İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.

Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub. Nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR