Yenidən əməliyyat olunan Vasifin xəstəxanadan görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev bir neçə gün öncə yenidən əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, aparıcı Hacı Nuran onunla xəstəxanada çəkdirdiyi fotoları sosial şəbəkədə yayıb. O qeyd edib ki, Tağıyevin müalicəsini dövlət öz üzərinə götürüb və onun müalicəsi davam edir.

Qeyd edək ki, bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR