“Xankəndidəki separatçılara qanunlarımızın işləyəcəyini təlqin etməliyik”

Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir”.

Metbuat.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır.

“Belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər. Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərksilah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik”,- deyə E.Şahinoğlu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR