İranda son 5 gündə 19 etnik bəluc edam olunub

İranda son 5 gündə 19 bəluc barəsində çıxarılan edam hökmü icra olunub.

Metbuat.az xəbər verir ki, məlumatı “İran international” yayıb.

Bildirilib ki, mayın 4-də Zahidandan olan Nurəhməd Zaruji (Nahtani) barəsində çıxarılan ölüm hökmü icra edilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham olunub.

Məlumata görə, edam olunan bəluclar narkotik maddələrin qanunsuz ticarəti, qətl maddələrinə əsasən edama məhkum ediliblər.

Bildirilir ki, ölkənin müxtəlif həbsxanalarında son 7 ayda 123 etnik bəluc edam olunub. Onlar hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR