İdmançımız 205 kiloqramın öhdəsindən gəldi29/07/2010 19:02 mətn ölçüsü - | +
Elşən Hüseynov dünya üçüncüsü adını qazanıb
Malayziyanın Kualalumpur şəhərində Pauerliftinq üzrə Dünya çempionatı keçirilir. Azərbaycanın Milli Paralimpiya Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən Elşən Hüseynov bu gün bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində yarışan Paralimpiyaçı Elşən Hüseynov bürünc medal qazanmaq üçün 205 kq ağırlığın öhtəsindən gəlib.
Qeyd edək ki, Dünya çempionatında yarışlar hələ də davam edir.
Oxunub: 13 dəfə Mənbə: ANS Press
|