09
rss

banner



banner


İqlim dəyişikliyi Lənkəranda sitrus bitkilərinə çox böyük ziyan vurubİqlim dəyişikliyi Lənkəranda sitrus bitkilərinə çox böyük ziyan vurub
29/07/2010 18:14
mətn ölçüsü - | +
Plantasiyaların 80-90 faizi məhv olub

Sitrusçuluq Lənkəranda iqtisadiyyatın aparıcı sahələrindən birinə, əhalinin əsas məşğuliyyətinə çevrilib. Son illərə qədər əhali tərəvəzçilikdən daha gəlirli olan sitruçuluğa meyl göstərib. Sitrus bağlarının sahəsi xeyli genişləndirilib. Hazırda rayonda 1320 ha məhsuldar sitrus sahəsi var. Lakin iki il öncə cənub bölgəsini bürümüş güclü şaxtalar 100 hektarlarla sitrus bağlarını məhv etməklə, əkinçiləri də seçim qarşısında qoyub. Bəzi fermerlər dünyanın digər ölkələrində becərilən və bazarı olan, Lənkəran iqliminə uyğunlaşdırılması mümkün olan yeni sitrus meyvə növlərini sınaqdan keçirib. Sınağın uğurlu olması özünü yeni kivi, yapon əzgili plantasiyalarının çoxluğunda göstərir. Əhməd Rəcəbli adına Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitunun Lənkəran filialının direktoru Fərman Abdullayev qlobal iqlim dəyişkənliyinin sitrus bağçılığına təsirinin son illərdə daha aydın biruzə verdiyini bildirib.

“2008-2009-cu illərin şaxtası sitrus bitkilərə çox böyük ziyan vurub. Plantasiyalar 80-90% məhv olub. Yay fəsli də çox quraq keçir. Bütün bunlar da bitkilərə öz mənfi təsirini göstərir. Son illərdə fermerlər feyxoa, kivi, yapon əzgili plantasiyalarının salınmasına fikir verirlər. Bu bitkilər həm xəstəlik və zərərvericilərə, həm şaxta və quraqlığa davamlı olduğu üçün becərilməsi məqsədəuyğundur. Dünya bazarında da bu məhsullara böyük tələbat var”, -deyə Fərman Abdullayev vurğulayıb.

Qeyd edək ki, Lənkəranda kivi bitkisi ötən əsrin son onilliyindən becərilir. İtaliyadan gətirilən bitki yerli şəraitə tez uyğunlaşdığından və daha az məsrəf və qulluq tələb etdiyindən sürətlə yayılıb. Kivi artıq 5 ildən çoxdur ki, ən çox becərilən sitrus bitkisi hesab olunur. Lənkəranda həyətyanı sahələrdə də əhali həvəslə bu bitkini becərir. Ətraf rayonlardan da kivi tinglərini almaq üçün Lənkərana üz tuturlar. Qiymətlər bitkinin vegetasiyasından asılı olaraq 2-5 manat arasında dəyişir. Kivi ilə yanaşı burada narıngi, limon, feyxoa tingləri də yetişdirilir. Əsasən bu növlərin hazırkı iqlim dəyişkənliyə uyğunlaşdırılması ön plana çəkilir.

Hazırda şaxta nəticəsində sıradan çıxmış sahələrdə kivi plantasiyaları salınır. Bu bitkilər kimyəvi gübrələnmə tələb etmədiyindən iqtisadi cəhətdən də səmərəlidir. Lənkəran İcra başçısının aqrar məsələlər üzrə müavini Tofiq Rzayev 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında bu faktorun xüsüsi önə çəkildiyini bildirib. “Sitrus bağlarının inkişafı, yeni sortların əldə olunması, xaricdən sortların gətirilib rayonlaşdırılması, elmi idarələrlə iş birliyi yaradılıb. Bu da sitrusçuluğun artırılmasına zəmin yaradır”, -deyə Tofiq Rzayev vurğulayıb.

Qeyd edək ki, Lənkəranda yeni konserv zavodunun inşası sitrus meyvəçiliyin inkişafına da təkan verəcək. Son iki ildə Lənkəranda 170 ha yeni sitrus bağı salınıb. 30 ha limon, 25 ha narıngi, 15 ha kivi əkilib.

Oxunub: 30 dəfə
Mənbə: ANS Press


banner
Ölkə
Dünya
İqtisadiyyat
İdman
Maraqlı
Mədəniyyət
Son xəbərlər
08/09/2010 18:54 Rusiya prezidenti futbolçuların məğlubiyyəti haqda danışdı

08/09/2010 18:45 Türkiyədə təhlükəli virus aşkarlandı

08/09/2010 18:24 Dünya çempionatının püşkatması keçirilib

08/09/2010 18:01 Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır

08/09/2010 17:56 Kamran Ağayev: “Oyundan öncə bizə dedilər ki…

08/09/2010 17:41 Azərbaycan idmanında dopinq qalmaqalı

08/09/2010 17:17 Rusiya kartofsuz qalıb

08/09/2010 16:48 ABU-nun tələbələri 9 universitet arasında bölünəcək

08/09/2010 16:33 AXCP-Müsavat seçki bloku yaradılıb

08/09/2010 16:27 Rəcəb Tayyib Ərdoğan PKK-ya müraciət edib

08/09/2010 16:20 Ermənistanın xarici işlər naziri İrana gedir

08/09/2010 16:14 Azərbaycanda yeni çörək və un məmulatları standartları hazırlanacaq

08/09/2010 15:48 Azərbaycan 3 İran vətəndaşı barəsində İnterpol xətti ilə axtarış verib

08/09/2010 15:43 Futbolçumuz alman oyunçunu kor edib

08/09/2010 15:35 Argentina yığması İspaniyanı darmadağın etdi

08/09/2010 15:16 Azərbaycanda daha 3 “SOCAR” YDM açılacaq

08/09/2010 14:54 Ukrayna parlamentində deputatlar əlbəyaxa oldular

08/09/2010 14:36 Bakıda qısqanclıq zəminində qətl

08/09/2010 14:18 Bayram namazının vaxtı açıqlandı

08/09/2010 14:02 Çin 3 yeni avtomobil buraxacaq

08/09/2010 13:41 Gül nəvəsini mətbuata göstərdi

08/09/2010 13:08 Türkiyədə 9 terrorçu zərərsizləşdirilib

08/09/2010 12:49 Şeyxülislam Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

08/09/2010 12:33 ABŞ-ın dövlət katibi də iftar süfrəsi açdı

08/09/2010 12:14 Ramazan bayramı münasibətilə iki gün iş olmayacaq

08/09/2010 12:06 Unudulmaz futbolçu xərçəngə yoluxub

08/09/2010 11:56 Bu gün hava buludlu, əsasən yağmursuz keçəcək

08/09/2010 11:25 Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür

08/09/2010 11:05 Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

08/09/2010 10:49 Bakıda daha bir park Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib

Çox oxunanlar

banner




© 2009 kod.az  Bütün hüquqlar qorunur.