Sabah İsmayıllıda qaz olmayacaq29/07/2010 17:52 mətn ölçüsü - | +
Quba və Şamaxıda da təbii qazın təchizatı dayandırılacaq
Sabah İsmayıllı Qazpaylayıcı Stansiyasında və Talıstan Qaztənzimləyici Məntəqəsində qaz sızmasının ləğvi və təmir işləri ilə əlaqədar, Quba rayonunda isə qaz kəmərinin mühafizə zolağından çıxarılması məqsədi ilə saat 10:00-dan 18:00-dək, saat 09:00-dan 20:00-dək isə qaz sızmasının ləğvi ilə əlaqədar Şamaxı Açıq qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, həmin müddət ərzində İsmayıllı şəhərinə, Quba rayonu və ətraf kəndlərinə, eyni zamanda Şamaxı şəhərinə "mavi yanacağın" verilişində məhdudiyyətlər yaranacaq.
Oxunub: 25 dəfə Mənbə: ANS Press
|