“Sahil” metrosunda bomba həyəcanı29/07/2010 17:26 mətn ölçüsü - | +
“Sahil” metrostansiyasına partlayıcı maddə qoyulması barədə polisə məlumat verilib.
Bakı Metropoliteninin “Sahil” stansiyasına partlayıcı maddə qoyulması ilə bağlı polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs bu gün saat 12.45-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək “Sahil” metrostansiyasına bomba qoyulduğu haqda məlumat verib. Hadisə yerinə cəlb olunan mühəndis istehkam bölməsinin minaaxtaranları, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları metrostansiyaya baxış keçiriblər. Axtarış tədbirləri nəticəsində metrostansiyaya bomba qoyulması haqda verilən xəbərin yanlış olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 26 dəfə Mənbə: lent.az
|