09
rss

banner



banner


Prezident və xanımı YUNESKO-nun baş direktorunu qəbul ediblərPrezident və xanımı YUNESKO-nun baş direktorunu qəbul ediblər
29/07/2010 17:06
mətn ölçüsü - | +
Dövlət başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər. Dövlət başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən dövlət başçısı onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan İ. Əliyev bu müsbət meyllərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulayıb. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını önə çəkib. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu da deyib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, YUNESKO-nun baş direktorunun ölkəmizə səfəri əməkdaşlığımızın inkişafına yeni təkan verəcək.

Oxunub: 18 dəfə
Mənbə: ANS Press


banner
Ölkə
Dünya
İqtisadiyyat
İdman
Maraqlı
Mədəniyyət
Son xəbərlər
08/09/2010 18:54 Rusiya prezidenti futbolçuların məğlubiyyəti haqda danışdı

08/09/2010 18:45 Türkiyədə təhlükəli virus aşkarlandı

08/09/2010 18:24 Dünya çempionatının püşkatması keçirilib

08/09/2010 18:01 Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır

08/09/2010 17:56 Kamran Ağayev: “Oyundan öncə bizə dedilər ki…

08/09/2010 17:41 Azərbaycan idmanında dopinq qalmaqalı

08/09/2010 17:17 Rusiya kartofsuz qalıb

08/09/2010 16:48 ABU-nun tələbələri 9 universitet arasında bölünəcək

08/09/2010 16:33 AXCP-Müsavat seçki bloku yaradılıb

08/09/2010 16:27 Rəcəb Tayyib Ərdoğan PKK-ya müraciət edib

08/09/2010 16:20 Ermənistanın xarici işlər naziri İrana gedir

08/09/2010 16:14 Azərbaycanda yeni çörək və un məmulatları standartları hazırlanacaq

08/09/2010 15:48 Azərbaycan 3 İran vətəndaşı barəsində İnterpol xətti ilə axtarış verib

08/09/2010 15:43 Futbolçumuz alman oyunçunu kor edib

08/09/2010 15:35 Argentina yığması İspaniyanı darmadağın etdi

08/09/2010 15:16 Azərbaycanda daha 3 “SOCAR” YDM açılacaq

08/09/2010 14:54 Ukrayna parlamentində deputatlar əlbəyaxa oldular

08/09/2010 14:36 Bakıda qısqanclıq zəminində qətl

08/09/2010 14:18 Bayram namazının vaxtı açıqlandı

08/09/2010 14:02 Çin 3 yeni avtomobil buraxacaq

08/09/2010 13:41 Gül nəvəsini mətbuata göstərdi

08/09/2010 13:08 Türkiyədə 9 terrorçu zərərsizləşdirilib

08/09/2010 12:49 Şeyxülislam Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

08/09/2010 12:33 ABŞ-ın dövlət katibi də iftar süfrəsi açdı

08/09/2010 12:14 Ramazan bayramı münasibətilə iki gün iş olmayacaq

08/09/2010 12:06 Unudulmaz futbolçu xərçəngə yoluxub

08/09/2010 11:56 Bu gün hava buludlu, əsasən yağmursuz keçəcək

08/09/2010 11:25 Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür

08/09/2010 11:05 Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

08/09/2010 10:49 Bakıda daha bir park Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib

Çox oxunanlar

banner




© 2009 kod.az  Bütün hüquqlar qorunur.