09
rss

banner



banner


“Qarabağ”ı “Barselona” ilə kim müqayisə etdi?“Qarabağ”ı “Barselona” ilə kim müqayisə etdi?
29/07/2010 16:44
mətn ölçüsü - | +
“Visla”nın baş məşqçisi jurnalistlərə açıqlama verib

“Qarabağ” futbol klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacağı Polşanın “Visla” kollektivinin baş məşqçisi Anjey Baxr matç öncəsi jurnalistlərin suallarını cavablandırıb:

- Siz “Qarabağ”la “Portadaun” matçını izləmək üçün Azərbaycanda oldunuz. Bakıya getmək çətin olmadı ki?
- O qədər də yox. Mən Vyanaya uçdum, oradan da dörd saata Azərbaycanın paytaxtına getdim. Lakin geri qayıtmaq çətin oldu. Frankfurt və Münhendə enməli oldum. Bakıdan Krakovadək olan məsafə 3000 km.-dir. Lakin bu gün bu, problem deyil.

- Bakı sizi təəccübləndirdi?
- Orada xeyli yeni binalar var idi, Sovet vaxtlarından qalma binaları da gördüm. Şərq arxitekturasını da görmək mümkündür.

- Hava şəraiti sizdə qorxu yaratmadı ki? Bütün komandalar Bakının istisindən ehtiyatlanır…
- "Portadaun"a qarşı oyun axşam saatlarında başladı, lakin yenə də hava çatmırdı. Ancaq buna hazır olsaq, problem olmayacaq.

- Bəs stadiondakı mühit necə?
- Stadion 30 min tamaşaçı tutumuna malikdir, lakin oyunda 14 min azarkeş var idi. Mən Azərbaycan tamaşaçısını argentinalılarla müqayisə edərdim. Hətta “Qarabağ” qapısında qol görəndə də azarkeşlər komandalarının adını çağırırdılar.

- Azərbaycanda sizi necə qarşıladılar?
- Mən Azərbaycan klubunun nümayəndələrinə çox minnətdaram. Məni hava limanında qarşıladılar və stadiona kimi apardılar.

- Onlar “Şaulay”la oyuna baxmaq üçün Krakova gəlmişdilər?
- Bildiyim qədər, püşkatmadan dərhal sonra klub prezidenti Basalay DVD mübadiləsi barədə razılığa gəlmişdi. Biz litvalılarla oyununun videoyazısını Azərbaycan tərəfinə təqdim etdik, eyni zamanda mənim də iştirak etdiyim oyunun DVD-sini aldıq.

- “Qarabağ”ın oyunundan hansı qeydləri götürdünüz?
- Rəqib fiziki baxımdan yaxşı hazırlıqlı idi və topu özündə saxlamağı bacarırdı. Bu xarakteristika sözügedən regionun komandalarına xasdır. Müdafiədə zəif yerlər tapmaq olar.

- “Visla”nı oyunun favoriti hesab etmək olar?
- Hər halda “Qarabağ” “Real” deyil. Biz ağıllı oynamalı və bütün fikirimizi bir nöqtəyə cəmləşdirməliyik. “Levadiya”dan aldığımız məğlubiyyəti xatırlayırsınız? Oyuna hazır olmaq lazımdır, sanki “Barselona” ilə oynayırıq və hakim də Hovard Uebbdir.

- Bəs siz “Qarabağ”ı “Levadiya” ilə necə müqayisə edərdiniz?
- Bu tamamilə başqa stildir. Estoniyalılar güclü oynayır, yaxşı müdafiə olunur və əks hücum gözləyirlər. Azərbaycanlılar isə texniki cəhətdən daha yaxşı təsir bağışlayır və tez-tez hücum edirlər. Onlara baxmaq xoşdur.

Oxunub: 19 dəfə
Mənbə: ANS Press


banner
Ölkə
Dünya
İqtisadiyyat
İdman
Maraqlı
Mədəniyyət
Son xəbərlər
08/09/2010 18:54 Rusiya prezidenti futbolçuların məğlubiyyəti haqda danışdı

08/09/2010 18:45 Türkiyədə təhlükəli virus aşkarlandı

08/09/2010 18:24 Dünya çempionatının püşkatması keçirilib

08/09/2010 18:01 Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır

08/09/2010 17:56 Kamran Ağayev: “Oyundan öncə bizə dedilər ki…

08/09/2010 17:41 Azərbaycan idmanında dopinq qalmaqalı

08/09/2010 17:17 Rusiya kartofsuz qalıb

08/09/2010 16:48 ABU-nun tələbələri 9 universitet arasında bölünəcək

08/09/2010 16:33 AXCP-Müsavat seçki bloku yaradılıb

08/09/2010 16:27 Rəcəb Tayyib Ərdoğan PKK-ya müraciət edib

08/09/2010 16:20 Ermənistanın xarici işlər naziri İrana gedir

08/09/2010 16:14 Azərbaycanda yeni çörək və un məmulatları standartları hazırlanacaq

08/09/2010 15:48 Azərbaycan 3 İran vətəndaşı barəsində İnterpol xətti ilə axtarış verib

08/09/2010 15:43 Futbolçumuz alman oyunçunu kor edib

08/09/2010 15:35 Argentina yığması İspaniyanı darmadağın etdi

08/09/2010 15:16 Azərbaycanda daha 3 “SOCAR” YDM açılacaq

08/09/2010 14:54 Ukrayna parlamentində deputatlar əlbəyaxa oldular

08/09/2010 14:36 Bakıda qısqanclıq zəminində qətl

08/09/2010 14:18 Bayram namazının vaxtı açıqlandı

08/09/2010 14:02 Çin 3 yeni avtomobil buraxacaq

08/09/2010 13:41 Gül nəvəsini mətbuata göstərdi

08/09/2010 13:08 Türkiyədə 9 terrorçu zərərsizləşdirilib

08/09/2010 12:49 Şeyxülislam Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

08/09/2010 12:33 ABŞ-ın dövlət katibi də iftar süfrəsi açdı

08/09/2010 12:14 Ramazan bayramı münasibətilə iki gün iş olmayacaq

08/09/2010 12:06 Unudulmaz futbolçu xərçəngə yoluxub

08/09/2010 11:56 Bu gün hava buludlu, əsasən yağmursuz keçəcək

08/09/2010 11:25 Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür

08/09/2010 11:05 Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

08/09/2010 10:49 Bakıda daha bir park Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib

Çox oxunanlar

banner




© 2009 kod.az  Bütün hüquqlar qorunur.