Britaniya ilə Pakistan arasında qalmaqal29/07/2010 16:31 mətn ölçüsü - | +
İnsident Devid Kemeronun bəyanatından sonra baş verib
Böyük Britaniya ilə Pakistan arasında baş nazir Devid Kemeronun bəyanatı ilə əlaqədar diplomatik qalmaqal baş verib. Belə ki, Hindistanda rəsmi səfərdə olan Devid Kemeron Pakistanın terrorçular üçün baza rolu oynamaqdan əl çəkməli olduğunu və terrorçuluğun ixracına son qoymalı olduğunu deyib.
Böyük Britaniya baş nazirinin bu bəyanatına Pakistanın Böyük Britaniyadakı ali komissarı Vahid Şamsul Həsən tərəfindən sərt cavab gəlib. Ali komissar baş naziri regionda sülhü təhlükə altında qoymaqda və şübhəli məlumatlara inanmaqda günahlandırıb.
O, Pakistanın terrrorçuluğa qarşı mübarizədə gördüyü işləri və verdiyi itkiləri xatırladıb. Pakistanın bir sıra siyasi xadimləri də bu barədə narahatçılıqlarını ifadə ediblər.
Oxunub: 26 dəfə Mənbə: ANS Press
|