09
rss

banner



banner


Akademik Milli Dram Teatrının binası yeni mövsümdə açılacaqAkademik Milli Dram Teatrının binası yeni mövsümdə açılacaq
29/07/2010 15:03
mətn ölçüsü - | +
Teatrda aparılan əsaslı yenidənqurma və təmir–bərpa işləri yekunlaşmaq üzrədir

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı yenidənqurma və təmir–bərpa işləri yekunlaşmaq üzrədir.
Teatrdan bildiriblər ki, bu sənət məbədi yeni mövsüm ərəfəsində öz qapılarını teatrsevərlərin üzünə açacaq.

Yenidənqurma və təmir-bərpa işlərinə 2008-ci ilin noyabrında başlanılan Akademik Milli Dram Teatrının binasının 5 min kvadratmetrlik fasad hissəsinə yeni üzlük vurulub, dam örtüyü dəyişdirilib.

Teatr binasının ətrafına hasar çəkilib, dekorasiyaların daşınması üçün xüsusi keçid tikilib. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Fasadın kürsü hissəsi də şəbəkəli dizayn əsasında yenidən bərpa edilib. Azərbaycanın 6 məşhur dramaturqunun büstləri bərpa olunaraq yenidən fasadın görməli yerində qoyulub.

Foyedəki tağlar və tavandakı milli naxış və ornamentlər burada çalışan bərpaçıların yüksək bədii zövqündən soraq verir. Teatrın səs-akustika və səhnə-işıqlandırma sistemləri də müasir layihə və texnologiyalar əsasında yenidən qurulur.

Teatrda bərpa və yenidənqurma işlərini “Sanur” şirkətinin mütəxəssisləri həyata keçirirlər.
Artıq teatrın zallarında, rəssam otağında, lojada və yardımçı otaqlarda işlər tam başa çatdırılıb. Binanın arxasında hər biri 200 kubmetrlik 2 su anbarı inşa olunub. Teatrın ərazisində Şərq memarlığı üslubunda tağvarı yeni giriş qapısı və hər cür şəraiti olan qonaq otağı tikilib.

Layihəyə uyğun olaraq, teatrın ətraf ərazisində də geniş abadlıq işləri aparılır.
Teatrın binası əsaslı təmirdən sonra yeni mövsümdə tam müasir standartlara cavab verəcək şəkildə teatrsevərlərə təqdim olunacaq.

Oxunub: 62 dəfə
Mənbə: ANS Press


banner
Ölkə
Dünya
İqtisadiyyat
İdman
Maraqlı
Mədəniyyət
Son xəbərlər
08/09/2010 18:54 Rusiya prezidenti futbolçuların məğlubiyyəti haqda danışdı

08/09/2010 18:45 Türkiyədə təhlükəli virus aşkarlandı

08/09/2010 18:24 Dünya çempionatının püşkatması keçirilib

08/09/2010 18:01 Bu gün bütün müsəlmanlar fitrə çıxarmalıdır

08/09/2010 17:56 Kamran Ağayev: “Oyundan öncə bizə dedilər ki…

08/09/2010 17:41 Azərbaycan idmanında dopinq qalmaqalı

08/09/2010 17:17 Rusiya kartofsuz qalıb

08/09/2010 16:48 ABU-nun tələbələri 9 universitet arasında bölünəcək

08/09/2010 16:33 AXCP-Müsavat seçki bloku yaradılıb

08/09/2010 16:27 Rəcəb Tayyib Ərdoğan PKK-ya müraciət edib

08/09/2010 16:20 Ermənistanın xarici işlər naziri İrana gedir

08/09/2010 16:14 Azərbaycanda yeni çörək və un məmulatları standartları hazırlanacaq

08/09/2010 15:48 Azərbaycan 3 İran vətəndaşı barəsində İnterpol xətti ilə axtarış verib

08/09/2010 15:43 Futbolçumuz alman oyunçunu kor edib

08/09/2010 15:35 Argentina yığması İspaniyanı darmadağın etdi

08/09/2010 15:16 Azərbaycanda daha 3 “SOCAR” YDM açılacaq

08/09/2010 14:54 Ukrayna parlamentində deputatlar əlbəyaxa oldular

08/09/2010 14:36 Bakıda qısqanclıq zəminində qətl

08/09/2010 14:18 Bayram namazının vaxtı açıqlandı

08/09/2010 14:02 Çin 3 yeni avtomobil buraxacaq

08/09/2010 13:41 Gül nəvəsini mətbuata göstərdi

08/09/2010 13:08 Türkiyədə 9 terrorçu zərərsizləşdirilib

08/09/2010 12:49 Şeyxülislam Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

08/09/2010 12:33 ABŞ-ın dövlət katibi də iftar süfrəsi açdı

08/09/2010 12:14 Ramazan bayramı münasibətilə iki gün iş olmayacaq

08/09/2010 12:06 Unudulmaz futbolçu xərçəngə yoluxub

08/09/2010 11:56 Bu gün hava buludlu, əsasən yağmursuz keçəcək

08/09/2010 11:25 Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür

08/09/2010 11:05 Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

08/09/2010 10:49 Bakıda daha bir park Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib

Çox oxunanlar

banner




© 2009 kod.az  Bütün hüquqlar qorunur.