Abdullah Gül Azərbaycana gələcək29/07/2010 14:36 mətn ölçüsü - | +
Səfər avqust ayına nəzərdə tutulub
Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfər edəcək. Bu barədə Bakıda səfərdə olan Türkiyənin dövlət naziri Zəfər Çağlayan məlumat verib.
Z. Çağlayan səfər zamanı müxtəlif məsələlərlə yanaşı, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinin də müzakirə olunacağını deyib. Səfərin gələn ay baş tutacağını qeyd edən dövlət naziri həmin səfər çərçivəsində viza rejiminin ləğv ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
Oxunub: 23 dəfə Mənbə: ANS Press
|