Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilir29/07/2010 12:49 mətn ölçüsü - | +
Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan da tədbirdə iştirak edir
Bu gün Bakıda Azərbaycan - Türkiyə biznes forumu öz işinə başlayıb. Ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan da tədbirdə iştirak edir. Forum çərçivəsində tərəflər arasında ikitərəfli görüşün də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən gün Azərbaycana səfərə gələn türkiyəli nazir ölkədə fəaliyyət göstərən türk iş adamları ilə görüşüb. Görüşdə Z.Çağlayan səfər çərçivəsində keçirdiyi görüşlərin məhsuldar olduğunu diqqətə çatdırıb.
Türkiyənin dövlət naziri vurğulayıb ki, Azərbaycan ilə ölkəsi arasında ticarətin həcmi daha da artırılmalıdır. Onun sözlərinə görə, hazırda azərbaycanlı iş adamları Türkiyəyə 3 milyard dollardan çox sərmayə qoyub: “Bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir. Türk iş adamları isə Azərbaycana 6 milyard dollardan çox sərmayə qoyublar”.
Türkiyəli nazir iki ölkə arasında qarşılıqlı investisiya, Azərbaycan və türk iş adamlarının üçünçü ölkələr nəzdində iş birliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Oxunub: 37 dəfə Mənbə: ANS Press
|