Oğuz sakini öz boğazını kəsib29/07/2010 12:33 mətn ölçüsü - | +
İntihar edən əsəb xəstəliyindən əziyyət çəkib
Oğuz sakini mətbəx bıçağıyla öz boğazını kəsib. Bu barədə Oğuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Filfilli kəndində qeydə alınıb.
1958-ci il təvəllüdlü kənd sakini Natiq Bəkir oğlu Eldarov yaşadığı evin arxa hissəsində mətbəx bıçağı ilə özünün boğaz nahiyəsini kəsib. Mərhumun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Onun ötən gün Mingəçevir şəhərindəki Əsəb Xəstəlikləri Dispanserində olduğu, həkim nəzarətindən keçdiyi də deyilir.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, intiharın baş vermə səbəbləri araşdırılır.
Oxunub: 23 dəfə Mənbə: ANS Press
|