“Nissan” sürücüləri masaj edəcək29/07/2010 10:57 mətn ölçüsü - | +
Yeni avtomobilləri “C” vitamini üfürən kondisioner və sürücünü masaj edərək yorğunluğunu çıxaran oturacaqla təchiz olunacaq
Yaponiyanın ən böyük avtomobil istehsalçılarıdan biri olan “Nissan”, avtomobildən istifadə etmək zərərlidir deyənlərin inadına istehlakçısına yeni maşınlarla xidmət verməyi hədəfləyir. Belə ki, “Nissan”ın yeni istehsal olunacaq avtomobilləri “C” vitamini üfürən kondisioner və sürücünü masaj edərək yorğunluğunu çıxaran və stressini azaldan oturacaqla təchiz olunacaq. Avtokonsern bu məqsədlə NASA-nın təcrübələrindən istifadə edəcək.
“Nissan” avtokonserni ailə münasibətlərinin inkişafında da istehlakçısına yardım edəcək. Məlumata görə, istehsalçı firma avtomobilə ad günü kimi xüsusi günləri xatırladacaq xüsusi cihaz yerləşdirməyi də planlaşdırır.
Oxunub: 15 dəfə Mənbə: ANS Press
|