Azərbaycan prezidenti İlham Əliyevin nəvələrinin şəkilləri yayıldı05/06/2010 10:46 mətn ölçüsü - | +
Şəkillərə bax
Əli və Mikayıl ilk dəfə ictimai tədbirdə görünüblər
Rusiyanın “Trud” qəzeti xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayıl ilk dəfə ictimai tədbirdə görünüblər. Ticarət və əyləncə mərkəzinin açılışından ibarət olan tədbir Moskva yaxınlığında keçirilib (“Turan”)
“Trud” qəzeti kompleksin təqdimat mərasiminin Şərq qonaqpərvərliyi ilə keçirildiyini qeyd edib. Kompleksin açılışında prezident İlham Əliyevin qudası, Moskvada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarov həyat yoldaşı İrina, oğlu Emin Ağalarov və gəlini Leyla Əliyeva ilə birlikdə iştirak edib.
Əli və Mikayıl Emin Ağalarovla Leyla Əliyevanın əkiz övladlarıdır. Əkiz qardaşlar 2008-ci il dekabrın 1-də dünyaya göz açıblar.
Oxunub: 439 dəfə
|