“Apple” artıq iki milyon planşet satıb01/06/2010 18:28 mətn ölçüsü - | +
“Apple” şirkəti “iPad” planşet kompüterlərinin satış həcminin 2 milyon ədədi keçdiyini bildirib. 2 milyon kompüterin satılması üçün iki aydan az vaxt tələb olunub.
Xatırladaq ki, “Apple” öz planşet kompüterini bu ilin aprel ayının 3-də ABŞ-da satışa çıxarıb, planşetin dünya üzrə satışı isə ötən həftədən başlayıb. Belə ki, ötən cümə günü “iPad” planşet kompüteri Avstraliya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, İsveçrə və Böyük Britaniyada satışa çıxarılıb.
İyul ayında isə qurğu daha doqquz ölkənin mağazalarında təklif olunacaq.
Qeyd edək ki, ilk bir milyon “iPad” satışa çıxarılan tarixdən 28 gün ərzində satılıb. Bununla yanaşı, tələbatı ödəyə bilmədiyi üçün “Apple” şirkəti planşetin yeni versiyalarının satışını bir neçə dəfə təxirə salıb.
Oxunub: 188 dəfə Mənbə: ANS Press
|