Ər-arvad bacı-qardaş çıxdı31/05/2010 18:58 mətn ölçüsü - | +
İrlandiyanın Leinster vilayətində uzun illər evli olan ər-arvadı şoka salan hadisə baş verib. Bir uşaqları olan ər-arvad uzun illərdən sonra bacı-qardaş olduqlarını öyrəniblər. Cütlük oğullarının gələcəkdə çətinlik çəkməməsi üçün adlarının açıqlanmamasını istəyiblər.
Şərti adları Ceyms və Maura olan ər-arvadın bacı-qardaş olması anasından xəbəri olmayan Ceymsin valideynlərini axtarması ilə ortaya çıxıb. Belə ki, arvadının israrından sonra anasının axtarışına çıxan gənc kişi qorxulu gerçəklə qarşılaşıb. DNT testi onların eyni atanın övladları olduğunu ortaya çıxarıb. Ceymsin anası 1980-cı illərdə Mauranın atası ilə qısamüddətli münasibətdə olub. Bir müddət sonra onlar ayrılıblar. O zaman hamilə olan qadın uşağı əsl atasından gizlədə bilib.
Lakin Ceymsin 5 yaşı olanda həqiqət bəlli olsa da valideynlər bunu oğullarından gizlətməyə qərar veriblər.
Qeyd edək ki, bacı-qardaş olan cütlük övladlarının ziyan görməməsi üçün ayrılmayacaqlarını açıqlayıblar.
Oxunub: 233 dəfə Mənbə: ANS Press
|