Madrid klubunun futbolçusu "Beşiktaş"a keçir

“Beşiktaş” klubu Memfis Depayı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında ilk görüş artıq gerçəkləşib. Bildirilir ki, “Atletiko Madrid”də oynayan futbolçu mövsümün sonunda İspaniya klubundan ayrılmaq istəyir. Məlumata görə, “Beşiktaş”la görüşü qəbul edən futbolçu Türkiyədə futbol oynamağa etiraz etmir. Tərəflərin maddi məsələlərdə razılığa gəlməyə yaxın olduğu irəli sürülür. Həmçinin, Memfis Depay “Beşiktaş” klubu qarşısında əsas heyət futbolçusu olması barədə tələb irəli sürüb.

Məlumata görə, Depay bütün oyunlarda ilk 11-də çıxış edəcəyi təqdirdə “Beşiktaş” klubu ilə razılığa gələ bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR