Kəlbəcərdə qəza - Yaralılar var

Kəlbəcər rayonunda yol qəzası baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Şirkətlərdən birinə məxsus “DAF” avtomobili ilə “VAZ 21 015” markalı avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmaya başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR