"Whatsapp"da bu hesablar bloklanacaq - YENİLİK

"WhatsApp" yeni funksiyanı test etməyə başlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yeni özəllik hesabların əngəllənməsi ilə bağlıdır. Belə ki, tətbiqdə müəyyən mənfi hərəkətləri müəyyən edilən hesablar bir müddətlik blok ediləcək.

Avtomatik mesajlar atan, toplu mesajlar göndərən hesablar bloklanacaq. Bloklanan istifadəçilər gələn mesajları və zəngləri görməyəcək və digərlərinə mesaj göndərə bilməyəcəklər.

Şübhəli hesabları müəyyən etmək üçün avtomatik vasitələrdən istifadə ediləcəyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR