Ronaldonun dublu “Ən-Nəsr”i finala çıxardı

Səudiyyə Ərəbistanı Kral Kubokunun ikinci yarımfinalında “Ən-Nəsr” “Əl-Halic”lə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 17-ci dəqiqədə “Ən-Nəsr”in ulduzu Kriştiano Ronalduovurub. 37-ci dəqiqədə onun komanda yoldaşı Sadio Mane penaltidən fərqlənərək hesabı artırıb. 57-ci dəqiqədə isə Ronaldu dubl edib. Oyunun sonlarına yaxın (82) “Əl-Halic” vurulan qollardan birinin əvəzini çıxsa da, bu, nəticəyə təsir etməyib - 3:1.

Beləliklə də, “Ən-Nəsr” finalda ötən gün “Əl-İttihad”ı mübarizədən kənarlaşdıran “Əl-Hilal”la yarışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR