"Qaynarinfo"nun 17 yaşı olur

Azərbaycanın populyar xəbər portallarından olan "Qaynarinfo.az" 17 yaşını qeyd edir.

Metbuat.az xəbər verir ki, 25 aprel 2007-ci ildə əsası qoyulan sayt yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qorumuş, cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləmiş və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarmışdır.

"Qaynarinfo"nun təsisçisi və baş redaktoru jurnalist Zahir Əzəmətdir.

Kollektivimiz adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR